00:00:00
Yazar
Aysel Mirzəyeva
09.04.2026 20:50 22 1 dəq oxuma
Siyasət

“İsraili dayandıra biləcək güc yoxdur” - ŞƏRH

“İsraili dayandıra biləcək güc yoxdur” - ŞƏRH

Ağ Ev ABŞ və İran arasında atəşkəs razılaşmasının Livana şamil edilmədiyini iddia edir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, atəşkəslə bağlı danışıqlar tərəflər arasında birbaşa aparılmadığı üçün bir sıra problemlər yaranıb:

 

“Digər problem isə odur ki, tərəflər, xüsusilə də, İran təbliğatı önə çəkir. Bu isə Livanla bağlı məsələdə olduğu kimi ziddiyyət yaradır. ABŞ İranla atəşkəsin Livana şamil edilmədiyini bildirir ki, bu da təbiidir. İsrail Livana qarşı İrana müdaxilədən əvvəl dəfələrlə zərbələr endirib. Uzun illərdir ki, İsrail Livandakı Hizbullah hərəkatına qarşı hərbi əməliyyatlar həyata keçirir. İran isə yaranmış vəziyyətdən istifadə etməyə çalışır, ancaq bu, mümkün olmayan məsələdir. Livanın bu razılaşmadan kənarda qalması İsrailin Hizbullaha qarşı əməliyyatları davam etdirməsinə imkan verir. Ümumiyyətlə, Sovet İttifaqının dağılmasından sonra İsraili dayandıra biləcək güc yoxdur. Ona görə də, İsrail hansı ölkədən təhlükə hiss etsə, onu zərərsizləşdirməyə çalışacaq. Bu, İsrailin mövcudluğunu qorumasının yeganə yolu kimi təqdim olunur. Livanın təhlükəsizliyi və sabitliyi üçün diplomatik addımlar yetərli deyil. Yeganə yol odur ki, Hizbullah hərəkatı silahsızlaşdırılsın və Livandan İsrailə qarşı hücumlar olmasın”.


Aytac İbrahimova

#gündəm #bildirir” #i̇ranla #şərh #şamil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər