00:00:00
Yazar
Admin User
30.10.2023 11:51 701 1 dəq oxuma
Siyasət

"İSRAİLİN HƏMASLA APARDIĞI SAVAŞIN BÖYÜYÜMƏYİNƏ DAİR MÜƏYYƏN NARAHATLIQLAR VAR"

"İSRAİLİN HƏMASLA APARDIĞI SAVAŞIN BÖYÜYÜMƏYİNƏ DAİR MÜƏYYƏN NARAHATLIQLAR VAR"

Almaniyanın müdafiə naziri Boris Pistorus Avropada böyük müharibəyə hazırlaşmağa çağırıb. Məsələ ilə bağlı politoloq Oqtay Qasımov açıqlama verib.

 

 

"Almaniyanın müdafiə naziri Boris Pistorusverdiyi açıqlamasında hazırda Rusiya-Ukrayna, İsrail-Həmas savaşını nəzərdə tutur. Hər iki savaşın Avropaya ciddi şəkildə təsiri var. Rusiya-Ukrayna savaşı bir-başa Avropa qitəsində gedir. Avropa ölkələri Avropa İttifaqı NATO xətti ilə Ukraynaya dəstək göstərir. 3 həftədən artıq davam edən İsrail-Həmas savaşına gəldikdə isə bəzi Avropa ölkələrinin liderləri İsrailə səfər edərək dəstək göstərdiklərini bildiriblər. Düşünürəm ki, almaniyalı nazir bunları nəzərdə tutaraq bu fikirləri söyləyib. İsrailin Həmasla apardığı savaşın daha da böyüyüb irimiqyaslı savaşa çevriləcəyi haqda müəyyən narahatlıqlar var".

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər