00:00:00
Yazar
Admin User
14.05.2024 15:42 520 1 dəq oxuma
Siyasət

İsrailin Rəfaha hücumları artıb

İsrailin Rəfaha hücumları artıb

İsrailin  Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları atəşkəs danışıqlarına mənfi təsir göstərib.

 

Qətərin baş naziri və Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani, paytaxtda keçirilən iqtisadi forumda verdiyi açıqlamada, "Xüsusilə son bir neçə həftədə irəliləyiş gördük. Ancaq təəssüf ki, işlər görülmədi."

 

Girovların azad edilməsi və müharibənin sona çatması ilə bağlı hər iki tərəfin fərqli fikirlərinin olduğunu ifadə edən Əl Tani, "Müharibəyə son qoymaq və girovlardan danışmaq istəyən bir tərəf var.Ancaq bu iki şey arasında heç bir ortaq nöqtə yoxdur."

 

Digər tərəfdən yerli mənbələrin bu gün verdiyi açıqlamada Rəfahın şərqinə doğru irəliləyən İsrail tanklarının bəzi yaşayış məntəqələrinə çatdığı bildirilib.

 

Mənbə: CNN Türk 

 

İlahə Həsənova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər