00:00:00
Yazar
Admin User
04.11.2015 10:34 502 1 dəq oxuma
Siyasət

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev iştirak edəcək.
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək
Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcək.

Milli Məclisdən İnformator-a verilən xəbərə görə, tədbirlərdə bu təşkilatın sədr müavini, Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev iştirak edəcək. 

İclasda gələcək əməkdaşlığın möhkəmləndirilməsi məsələləri üzrə birgə fəaliyyət planı, təşkilatın reqlamentinə təklif olunan dəyişikliklər və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Deputat Musa Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər