00:00:00
Yazar
Admin User
22.01.2026 16:38 66 2 dəq oxuma
Sosial

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında TƏHLÜKƏLİ bakterial toksin tapılıb

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında TƏHLÜKƏLİ bakterial toksin tapılıb

 


İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.


Mövzu ilə bağlı qida üzrə ekspert Fərid Səfərov “İnformator.az”a  açıqlamasında bildirib ki, bu hadisə uşaq qidalarının təhlükəsizliyinin nə qədər həssas və ciddi nəzarət tələb edən sahə olduğunu bir daha göstərir:


“Körpələrin immun sistemi tam formalaşmadığı üçün qida təhlükəsizliyi risklərinə qarşı ən həssas qrup hesab olunur. İdxal olunan uşaq qidaları düzgün istehsal və nəzarət olunmadıqda bakterial toksinlər (məsələn, sereulid) zəhərlənmə, qusma, ishal, susuzlaşma və ağır hallarda sinir sisteminə təsir göstərə bilər. Körpələrdə qaraciyər və böyrək yükü arta bilər. Uzunmüddətli təsirdə böyümə və inkişaf geriliyi riski də danılmazdır. Bu səbəbdən “xaricdən gəlir, deməli, təhlükəsizdir” yanaşması elmi cəhətdən düzgün deyil. Belə risklərin qarşısını almaq üçün kompleks yanaşma vacibdir. İdxal mərhələsində yüksək riskli məhsullar üçün məcburi laborator analizlər, uşaq qidalarında toksin əsaslı yoxlamaların (yalnız bakteriya yox, toksinlər də) aparılması vacibdir. Daxili nəzarətdə saxlanma və daşınma şəraitinə ciddi nəzarət, partiya əsaslı izlənmə, riskli məhsulların dərhal dövriyyədən çıxarılması, istehsalçı və idxalçı məsuliyyəti, yalnız sertifikatlı, etibarlı istehsalçılarla əməkdaşlıq önəmlidir. Belə hallarda sürətli və açıq kommunikasiya əsas şərtdir. Məhsulun adı, partiya nömrəsi, istehsal və son istifadə tarixi açıq şəkildə elan edilməlidir. İstifadənin dərhal dayandırılması tövsiyə olunmalıdır. Məhsulun geri çağırılması mexanizmi işə salınmalıdır. Körpədə qusma, ishal, halsızlıq varsa, dərhal həkimə müraciət edilməlidir. Satış nöqtələrində vizual xəbərdarlıq elanları yerləşdirilməlidir. Bu cür şəffaflıq həm valideynlərin etimadını qoruyur, həm də ictimai sağlamlıq risklərini minimuma endirir. Uşaq qidalarında təhlükəsizlik güzəşt mövzusu deyil. Bir toksin aşkarı belə sistemli nəzarətin, operativ qərarların və düzgün ictimai məlumatlandırmanın nə qədər vacib olduğunu göstərir. Sağlam qidalanaraq sağlam yaşayın!”.


Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər