00:00:00
Yazar
Zəhra Həsənova
17.04.2026 20:35 35 2 dəq oxuma
Siyasət

"İtaliya Azərbaycanın əsas neft idxalçısı və mühüm tərəfdaşlarından biri olub" - Deputat

"İtaliya Azərbaycanın əsas neft idxalçısı və mühüm tərəfdaşlarından biri olub" - Deputat

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1614411,76 min ABŞ dolları dəyərində 3273515,13 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, neft qiymətlərinin artdığı dövrlərdə Azərbaycanın valyuta gəlirlərində də artım müşahidə olunur:


"İtaliya Azərbaycanın əsas neft idxalçısı və mühüm tərəfdaşlarından biri olub. Bu gün də Azərbaycanın ticarət dövriyyəsində İtaliya böyük paya malikdir. Ümumi ticarət dövriyyəsinin təxminən dörddə biri məhz İtaliyanın payına düşür. Bunun əsas səbəblərindən biri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin İtaliyaya qədər uzanmasıdır. Eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə də mavi qazın nəqli həyata keçirilir və bu sahədə İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Enerji əməkdaşlığı son illərdə daha da güclənməkdədir. Təbii ki, neft ixracından əldə edilən gəlirlər ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bu, ilk növbədə ölkənin valyuta gəlirlərinin artmasına imkan yaradır. Çünki ixracın artması daha çox valyutanın ölkəyə daxil olması deməkdir. Xüsusilə, bu proses dövlət gəlirlərinin artması üçün əlverişli şərait formalaşdırır".

 

Deputat bildirib ki, digər tərəfdən, artan gəlirlər qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını gücləndirir:


"Çünki iqtisadiyyatın şaxələndirilməsi üçün stabil və kifayət qədər maliyyə resurslarının olması vacibdir. Qlobal neft bazarındakı dəyişikliklər, xüsusilə son dövrlərdə qiymətlərin yüksəlməsi, Azərbaycana daxil olan valyutanın həcmini artırır. Bu isə ölkənin ümumi valyuta gəlirlərinin artmasına birbaşa təsir göstərir. Praktiki olaraq, neft qiymətlərinin artdığı dövrlərdə Azərbaycanın valyuta gəlirlərində də artım müşahidə olunur. Bununla belə, Azərbaycan üçün əsas prioritet qısa müddətli yüksək qiymətlər deyil, daha çox stabil və az volatilliyi olan qiymət mühitidir. Bu baxımdan, ölkə qlobal enerji bazarında sabitliyin qorunmasında maraqlı tərəf kimi çıxış edir. Sözsüz ki, qiymətlərin yüksəlməsi hallarında bu, ölkəyə daha çox valyutanın daxil olmasına əlavə imkan yaradır".


Səmayə Səftərova

#neft #gündəm #idxalçısı #mühüm #biri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər