00:00:00
Yazar
Admin User
12.06.2023 10:34 277 1 dəq oxuma
Siyasət

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vəfat etdi

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vəfat etdi

İtaliya mətbuatında yer alan xəbərlərə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni dünyasını dəyişib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərində iyunun 9-dan Milanda San Raffaele xəstəxanasında müalicə alan liderin vəziyyətinin bu gün səhər saatlarında pisləşdiyi və dünyasını dəyişdiyi bildirilib.

 

Bildirilib ki, xəbərdən sonra onun uşaqları və ailə üzvləri xəstəxanaya gedib. Xroniki leykoz diaqnozu qoyulan Berluskoni iyunun 9-dan sonuncu dəfə xəstəxanada olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər