İzlənilən cəmiyyət nədir?
Müasir iqtidarın ortaya çıxması ilə birliktə həyatımıza daxil olan bir qavram var - İzlənilən cəmiyyət.
İzlənilən cəmiyyət nədir?
Şəxslərin izləndiyi və etdiyi hər hərəkətin qeyd altına alınaraq, bəlgələndiyi və arxivləndiyi cəmiyyətə İzlənilən Cəmiyyət deyilir. Cəmiyyətin dövlət tərəfindən, şəxsin şəxs və cəmiyyətin bir şəxs tərəfindən izlənməsi bu ünsürlərin yanında nadir də olsa, şəxs və toplumun dövlət tərəfindən izlənməsi üçün istifadə edilən sözlükdür.
İzlənilən cəmiyyət necə ortaya çıxdı?
Heç bir zaman həyata keçirilməmiş bir həbsxana modeli olan Panoptikonun memarı (1785) Samuel Benthamdır. Bu həbsxana modelində bir izlənmə qülləsi və qülləni hüceyrələrə bölmüş halqa şəklində bir forma var. Qüllənin, halqanın iç cəbhəsinə doğru baxmaqda olan qismində geniş pəncərələr var. Beləliklə, məhkumları izləyə biləcək bir fürsət yaranıb.
Bəli, günümüzdə də biz izlənirik. İnternetin inkişafı və yeni texnologiyalar sayəsində kimliyin tanınması, məlumatlarımızın ələ keçirilməsi mümkündür. Bu vəziyyətə verə biləcəyimiz ən gözəl nümunə sosial şəbəkə olan Facebook (yeni adı ilə Meta) şirkətidir. Burada paylaşım edən şəxslər özlərini nə qədər azad saysalar da, Müasir İqtidarlar sayəsində izlənilirlər.
Fukonun "Həbsxananın Doğuşu" adlı kitabında açıqlama qismində yazdığı yazı, əslində, bu vəziyyəti çox gözəl şəkildə aydınlaşdırır - "Müasir İqtidar böyük gözaltıdır".
Çinarə
