Küveytin yeni ekran üzü: Süni intellektli "Fedha"
Kuwait News mətbuata verdiyi açıqlamada süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdə gündəlik xəbərləri oxuyacağını bildirib.
İnformator.az CNNTÜRK-ə istinadən xəbər verir ki, ağ köynək və qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib. Rəsmilər Fedhanın "Küveytliləri bir araya gətirən fərqliliyi əks etdirdiyini" vurğulayıb.
Fedhanın media orqanının Twitter hesabından gündəlik xəbər bülletenlərini təqdim etməsinin planlaşdırıldığı və zamanla Küveyt ləhcəsi ilə danışması gözlənildiyi bildirilib.
Tanıtım videosunda Fedha, "Mən Küveytdə Kuwait News-da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək" deyib.
Fatima Mustafayeva
