00:00:00
Yazar
Admin User
05.06.2023 18:02 359 1 dəq oxuma
Maraqlı

Kainatdakı hər şey buxarlanacaq - Yeni araşdırma

Kainatdakı hər şey buxarlanacaq - Yeni araşdırma

Hollandiyadakı Radboud Universitetinin müəllimlərinin apardığı araşdırmalara əsasən, kainatın tədricən buxarlanacağı və yox olacağı proqnozlaşdırılır. 

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, məşhur fizik Stiven Hokinq qara dəliklərin zamanla buxarlanaraq kütlə itirəcəyini, bunun nəticəsində ətraf mühitə fərqli şüalanmanın yayılacağını bildirib. Onun bu nəzəriyyəsini tədqiqatçılar yenidən qiymətləndirib. 

 

Astrofiziklər Mişel Vondrak, Volter van Suijlekom və Heyno Folke isə araşdırma apararaq prosesin qara dəliklərə xas olmadığını, lakin kosmos-zaman əyrisində bükülmənin bu hadisəyə səbəb ola biləcəyini müəyyən ediblər. 

 

Mövzu ilə bağlı açıqlama verən astrofizik Heyno Folkenin sözlərinə görə, kainatdakı digər böyük cisimlər, məsələn, ölü ulduzların qalıqları hadisə üfüqü olmadan bu tip radiasiya yaya bilər. Bu uzun müddətdən sonra kainatdakı hər şeyin qara dəliklər kimi buxarlanmasına səbəb olar. 

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər