00:00:00
Yazar
Səadət Əlizadə
14.05.2026 19:53 17 1 dəq oxuma
Siyasət

Kanada 7 il əvvəl blokladığı Türkiyə PUA-larını almaq istəyir

Kanada 7 il əvvəl blokladığı Türkiyə PUA-larını almaq istəyir

Kanada Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) idxalı imkanını nəzərdən keçirir, baxmayaraq ki, cəmi bir neçə il əvvəl eyni PUA-ların istehsalı üçün Türkiyəyə komponentlərin tədarükünü bloklayan ölkələr arasında idi.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Ottava kəşfiyyat və müşahidə üçün nəzərdə tutulan Türkiyə PUA-larının alınmasına maraq göstərir.

 

Bu, Türkiyənin Suriyadakı hərbi əməliyyatı fonunda 2019-cu ildə embarqo tətbiq edib Kanadanın siyasətində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir. O zaman Türkiyənin PUA istehsalçıları olan "Baykar" və TAI tərəfindən istifadə edilən Kanada şirkəti "Wescam"ın elektro-optik və infraqırmızı kameralarının tədarükü sanksiyalara məruz qalıb.

 

Embarqo fonunda Türkiyə şirkətləri kritik əhəmiyyətli sistemlərin yerli istehsalının inkişafını sürətləndirməyə məcbur olublar. Ötən illər ərzində Türkiyədə bənzər texnologiyalar üzrə bir neçə yerli istehsalçı formalaşıb.

 

Kanadanın Baş naziri Mark Karninin iyul ayında NATO sammiti zamanı Türkiyəyə səfər edəcəyi gözlənilir. Bundan əlavə, payızda ayrıca rəsmi səfər baş tuta bilər ki, bu çərçivədə də tərəflər müdafiə əməkdaşlığına dair yeni layihələri müzakirə etməyi planlaşdırırlar.

#azərbaycan #türkiyə #almaq #əvvəl
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər