00:00:00
Yazar
Admin User
06.09.2023 19:52 499 7 dəq oxuma
Maraqlı

Karmanın 12 qanunu - Araşdırma

Karmanın 12 qanunu - Araşdırma

Karma Sanskrit dilində „etmək, hərəkət etmək“ mənasını verən „Kri“ sözündən götürülüb. Buddizm, Jainizm, Taoizmdə istifadə olunan termindir. Karma hər hansı bir hərəkətin həm fiziki, həm də zehni nəticələrinin qaçılmaz olduğunu ifadə edir. Düşündüyümüz hər şeyin, etdiyimiz hər hərəkətin nəticələrinin ömür boyu və ya sonrakı həyatda bizə təsir edəcəyini söyləyən qaydadır. Real həyatda etdiyimiz hər hansı bir fiziki və ya zehni hərəkətin təsirini görməsək də, bu təsirlər sonrakı həyatımızda özünü göstərir. Yalnız pis işlər görənlər və pis düşünənlər deyil, yaxşılıq edənlər və təmiz niyyətli olanlar da reenkarnasyon yaşayırlar.

Buddist təliminin məqsədi karmaya daha çox yol açmamaq və bu dövrəyə son qoymaqdır. Bunun üçün ilk addım karmaya bağlılığa səbəb olan ruhu məhv edən üç səbəbi anlamaqdır. Bunlar; Xəsislik, qəzəb və nifrət, cəhalətdir. Müsbət karmanın üç yolu var; təvazökarlıq, insanlıq (şəfqət, xeyirxahlıq) və anlayış. Hər bir hərəkət dünyadakı hər şeyi maddədən ruha qədər yenidən təşkil edir.

Karma qanununa görə varlığı boyunca hər bir insan müsbət karması üçün çalışmalıdır. Bunun üçün karmanın 12 qanunu var.

Ali qanun

Həyat sizə ona yatırdığınız sərmayəni artıqlaması ilə geri qaytarır. Xoşbəxt olmaq və həyatınızın böyük sevgisini tapmaq istəyirsiniz? Odur ki, başqalarına hörmət edin, qayğısına qalın, xeyirxahlıq edin və sevin.

Yaradılış qanunu

Həyatda heç bir şey öz-özünə baş vermir, siz bunun üçün çalışmalısınız. Özünüz olun, müsbət düşünün.

Artım qanunu

İrəli getmək üçün başqalarını yox, özünüzü dəyişdirin. İnsan düşüncələri dəyişdiyi kimi xarici amillər də dəyişir.

Təvazökarlıq qanunu

Nəyisə dəyişmək üçün onun taleyin hökmü olduğunu qəbul etmək lazımdır. İnsanlarda yaxşı keyfiyyətləri görməyə çalışın. Fikrinizi dostlar üzərində cəmləyin, düşmənlər üzərində deyil.

Məsuliyyət qanunu

İstənilən problemlərin mənbəyi sizsiniz. Bütün həyatınızın məsuliyyətini özünüz daşıyırsınız.

Qarşılıqlı əlaqə qanunu

Hər bir əməlimizin mütləq bir nəticəsi var. Məqsədsiz üzən gəmini külək sahilə aparıb çıxarmayacaq. Nəticə əldə etmək üçün məqsədə doğru addım atmaq lazımdır. Hədəfə gedən yolda atılan bütün addımlar əhəmiyyətlidir, hətta ən kiçiyi belə.

Fokuslanmaq qanunu

Fikrinizi hər zaman yalnız bir istiqamətə fokuslayın. Daha yüksək hədəflərə çatmaq istəyən insanı yıxmaq çox çətindir.

Minnətdarlıq qanunu

İnsan keçdiyi öz təcrübələri əsasında öyrənir və şükür edir.

Burada və indi qanunu

Keçmiş hadisələr üçün təəssüf etməyin və gələcəyi çağırmağa çalışmayın. Bu günlə yaşayın. İnsan həyatında bütün yaxşı hadisələr gözlənilmədən baş verir. Keçmiş yenilərin peyda olmasına mane olur.

Səbir və mükafat qanunu

Dəyərli mükafatlar böyük əziyyət tələb edir. Sevdiyiniz işləri sevgi, sevinc və böyük şövqlə yerinə yetirin. Bilin ki, müqabilində sizi mükafat gözləyir.

Dəyişmə qanunu

Həyat bizim üçün bəzən elə situasiyalar hazırlayır ki, məhz onun sayəsində inkişaf edir və müdrik oluruq. Çalışın ki, onlardan dərs çıxara və maksimum faydalana biləsiniz. Zamanla hər şey axır və hər şey dəyişir.

Ruhlandırma qanunu

İnsan layiq olduqlarını qazanır. Sevgi ilə görünən hər bir iş bizi həmişə ruhlandırır və həyat eşqini gücləndirir.

Bütün bu qanunlar insan həyatının köklü dəyişməsi üçün vasitədir. Hazırda „Life Coach“lar (Yaşam koçları) da insanların karmalarını dəyişmək üçün 12 qanundan və müxtəlif üsullardan istifadə edirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər