00:00:00
Yazar
Nərmin Həşimova
01.05.2026 14:50 22 1 dəq oxuma
Siyasət

Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır- ŞƏRH

Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır- ŞƏRH

İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda bərpa olunması ehtimalını mümkün hesab edib. O bu barədə İsrail ordusunun Hərbi Hava Qüvvələrinin gələcək komandanı Omer Tişlerə general-mayor rütbəsinin verilməsi mərasimində bildirib.

"İran son bir ildə çox ciddi zərbələr alıb və bu zərbələr onu bütün sahələrdə illərlə geriyə atıb", - nazir bildirib.


Mövzu ilə bağlı “İnformator. az” a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki,İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda bərpa olunması ehtimalı ilə bağlı İsrailin müdafiə naziri İsrael Katsın açıqlaması yaranmış vəziyyətin nəticəsidir:


“Çünki İranla ABŞ-İsrail arasında atəşkəs mövcud deyil. Sadəcə olaraq hərbi əməliyyatlara fasilə verilib. Bu mənada hərbi əməliyyatların bərpası çox realdır. Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu heç şübhəsiz regiona mənfi təsir göstərəcək. Üstəlik, bu dəfə zərbələrin daha böyük, dağıdıcı olacağı, strateji infrastrukturları da əhatə edəcəyi gözlənilir. Katsın bu açıqlamasına İranın cavab reaksiyası səsli-küylü açıqlamalardan ibarət olacaq. İran bütün səs-küylü açıqlamalarına baxmayaraq hərbi əməliyyatların bərpasından qorxur. Ona görə də səs-küylü bəyanatlardan, açıqlamalardan uzağa gedən bir addım atmayacaq. Tehranda ağlını tam itirməyənlər bilir ki, hərbi əməliyyatların növbəti mərhələsi İranın sonu ola bilər”.


Nurgün Qənizadə

#Kats #İran #İsrail #açıqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər