00:00:00
Yazar
Admin User
21.07.2023 14:47 1047 2 dəq oxuma
Maraqlı

"Kəhrəba daşı zobun əriməsinə kömək edib" - təbii daşlar üzrə ekspert

"Kəhrəba daşı zobun əriməsinə kömək edib" - təbii daşlar üzrə ekspert

Hər bir bürcün öz uğur daşı var. Elə insan var ki, öz bürcünün uğur daşını üzərində daşıyır və bununla qazandığı uğurun ikiqat artdığına inanır.

 

Bu fikirlər təbii daşların satışı üzrə mütəxəssis Türkan Qurbanovaya məxsusdur. Türkan xanım bildirir ki, ta qədim zamanlardan daşlardan tibdə istifadə edilib: "Daşlardan həm profilaftik, həm də müalicəvi məqsədlərlə istifadə edilib. Amma profilaftik, yəni psixoloji üsullarla istifadəsinə üstünlük verilir. Çünki daşlardan dərmanlar hazırlanır ki, onların da xüsusi enerjisi olur. Həm psixoloji, həm fiziki olaraq daşların enerjisindən faydalanırıq. Məsələn, Ametist daşı miqren, baş ağrısı olan insanlar üçün faydalı hesab edilib. Mərcan daşını ovub, toz halına salıb, dərmanlara qatıb məlhəm kimi istifadə ediblər. Ürək-damar sistemi üçün faydalı sayılan Aventuli daşını da, misal göstərmək olar".

 

Ekspert hesab edir ki, diqqətli araşdırma ilə hansı daşların nəyə faydası olduğunu tapdıqdan sonra istifadə edilsə, faydaları dah çox görülər: "Ümumiyyətlə, biz daşları satarkən şüurlu şəkildə satmağa, yəni almaq istəyən şəxsi məlumatlandırmağa çalışırıq. Onların bu haqda məlumatlandıqdan sonra araşdırma aparmasını, maraqlanmasını, üzərində işləməsini istəyirik".

 

Kəhrəba daşı haqda ətraflı məlumat verən müsahib bildirib ki, bu, qədim zamanlardan bəri istifadə edilən daş olub: "Hətta o bir daş deyil, minillər boyu ağacın üzərindəki qətranın daşlaşmasından əmələ gəlib. Kəhrəba nəinki zob xəstəliyinin müalicə olunmasında, həmçinin balaca uşaqlar, böyüklər üçün də xeyirlidir. Kəhrəba daşı yaşı tamam olmamış uşaqlara taxılır və immuniteti artırır, virus infeksiyalardan qoruyur. Qədimdə kəhrəba boyunbağısından zoba qarşı istifadə olunub və kəhrəba daşı zobun əriməsinə, müalicəsinə kömək edib. Bəzi daşlar sırf əsəb-sinir sistemi xəstəlikləri üçün də müəyyən rol oynayır".

 

Ekspert sondabildirib ki, bir müddət insanlar yalnız daşlardan deyil, həmçinin digər təbii vasitələrdən də uzaqlaşdılar və süni məhsullara yönəldilər: "Misal olaraq desək, bijuteriya, sintetik məhsullardan istifadə edirdilər. Lakin insanların yenidən təbii məhsullara yönəldiyini görürəm. Son 2 ildə Azərbaycanda və bütün dünyada üz masaj daşları trend olub və hər kəs üzünü masaj edir. Sırf satış məqsədi ilə deyil, çünki bu, həqiqətən də, effektlidir. Masaj üçün təbii daşlar qırışları açır, dərini canlandırır. Çünki daşın tərkibindəki minerallar dəri ilə təmasda olur və həmin minerallar olmasa, dərimiz şorlaşar, nəticədə müəyyən qədər zərər görər. Hətta masaj üçün nəzərdə tutulmuş daşları belə biz müştərinin dəri tipinə uyğun olaraq seçib veririk".

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər