Kiçik cihazın böyük təhlükəsi
Nəqliyyatda, parkda, piyada keçidlərində... Hara baxsaq, demək olar ki, hər kəs qulaqlıqdan istifadə edir. Bu cihaz rahatlıq yaratsa da, sağlamlığımıza zərər vuran tərəfləri də var imiş. Günlərlə, saatlarla yüksək səsə məruz qalan qulaqlarımız əslində hansı risklərlə üz-üzədir? Sualın cavabı AzTV Xəbərin süjetində...
TİTR: LALƏ QAFAROVA – MÜXBİR
STAND - UP: İndi hamının öz daxili radiosu var. Qulaqlığı taxırıq və şəhər bir anda səssiz rejimə keçir. STIK Bəs xarici səs-küydən qaçmağa çalışarkən daxildə yaratdığımız səs-küy sağlamlığımıza necə təsir edir?
TİTR: İSMAYIL İSMAYILOV - LOR HƏKİMİ
"Pasiyentlərdə küy əmələ gəlir. Bir müddətdən sonra onlar nəyi müşahidə edirlər? Səsi eşidirik, amma mənasını başa düşmürük. Bu o qədər ciddi bir problemdir ki, bu dərəcədə cavan adamlar gec-tez belə problemlərlə rastlaşacaqlar. Hətta rəqəmlərlə desək normal desibel 60-dan 70-ə qədərdir. Bundan artıq biz istifadə ediriksə, tükcüklərə zərərin ehtimalı qat-qat artır".
İnsanlar gün ərzində bu alətdən nə qədər istifadə edir və risklərdən xəbərdardılar?
SORĞULAR:
1. Musiqiyə qulaq asdığım müddətdə 2 saat, 3 saat, 4 saat, 5 saatda heç bir əks təsiri yoxdur.
2. Bəli, istifadə edirəm. Gündə 2-3 saat istifadə edirəm. Hələki belə əks təsirini görməmişəm, amma ziyanlı olduğunu bilirəm.
3. Gündəlik 3-4 saat istifadə edirəm. Keyfiyyətsizlərin və ya ucuz məbləğə gələnləri görmüşəm. Baş ağrısı olub. Amma keyfiyyətli malları aldıqda o şeylər hiss olunmur.
Həkimlər bildirirlər ki, qulaqlıqdan səhv istifadə daxili qulaqdakı sinirləri zədələyir. Bundan başqa eşitmə itkisinə və daimi qulaq küyünə yol açır. Qulağın hava almasını əngəlləməsi isə bakteriya və göbələk infeksiyalarının çoxalmasına səbəb olur. Uzunmüddətli səs təsiri beyin yorğunluğu və diqqət dağınıqlığı yaradır. Bu baxımdan mütəxəssislər qulaqüstü modellərdən istifadəni tövsiyə edirlər.
LALƏ QAFAROVA, İLKİN ƏLİYEV, AZTV XƏBƏR