Kimsəsiz uşaqların yeni il arzusu: Atamı istəyirəm
Yeni ilin gəlişi təbii ki, hər kəsi sevindirir. Ələlxüsus da uşaqları
BDU Jurnalistika fakültəsi III kurs tələbələri- Cavid Abbaslı və Azər Ağayev
Yeni ilin gəlişi təbii ki, hər kəsi sevindirir. Ələlxüsus da uşaqları.
İnformator xəbər verir ki, uşaq evində böyüyən, valideyn qayğısından məhrum olan uşaqlar bəlkə də indiyə kimi bayramı adi gün kimi keçirib. Bunun nə dərəcədə ağrılı duyğu olduğunu onlardan başqa heç kim başa düşə bilməz, yəqin ki..
Bakı Dövlət Universitetinin tələbələri uşaq evlərindən birinə gedərək, oradakı balacaların arzularını, diləklərini soruşublar. Cavablar arasında isə sözün əsl mənasında həyata keçirilməsi bəlkə də mümkün olmayanları var, təəssüf ki.
