Kitab oxuyanlar daha çox yaşayır
Son dövrlərdə bir çox hadisələr bizə neqativ təsir edir. Gün ərzində stressli və qayğılı ola bilirik. Cismən sağlam olmaq üçün ilk öncə ruhən sağlam olmalıyıq. Bunun dərmanı isə - sadəcə bir kitabdır.
Yel Universitetinin tədqiqatçıları tərəfindən 2016-da edilən bir araşdırma gündə yalnız 30 dəqiqə kitab oxuyan insanların heç oxumayanlardan orta hesabla iki il daha çox yaşadıqlarını müəyyən edib. Elmi cəhətdən sübut edilib ki, oxumağın qazandırdığı bilik və beyin inkişafı qocalıq xəstəlikləri ilə mübarizədə kömək edir.
Uşaqlar oxumağı kiçik yaşlardan vərdiş etməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Müəyyən biliklər əldə edilsə belə, bu vərdiş buraxılmamalıdır. Ümumiyyətlə, kitab oxumağın faydaları bunlardır: Stressi azaldır, dünyagörüşümüzü, söz bazamızı artırır, nitqimizi düzəldir, özümüzü kəşf etməyə kömək edir və s.
Beynimizi daim inkişafda saxlayıb, mütaliə edək!
Nigar Xəlilzadə
