Kitabxanaların nüsxələrlə təchizatının pozulması üzrə cərimə tətbiq ediləcək
Prezident İlham Əliyev Azərbaycan respublikasının İnzibati xətalar məcəlləsində dəyişiklik edilməsi barədə göstəriş verib.
İnformator xəbər verir ki, qanuna 192-1-ci maddə əlavə edilir. Maddəyə əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə - vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
Qanuna edilən digər dəyişikliklər haqqında burdan məlumat ala bilərsiniz:
http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Inzibati_Xetalar_Mecellesinde_deyisiklikler_edilmesi_baredeAzerbaycan_Respublikasinin_Qanunu-904146
AZƏRTAC
