00:00:00
Yazar
Səadət Əlizadə
11.08.2026 20:46 16 2 dəq oxuma
Siyasət

KİV: Cənubi Koreya Ukraynaya silah verməyəcək

KİV: Cənubi Koreya Ukraynaya silah verməyəcək

Cənubi Koreya Respublikası Ukraynaya ölümcül silah verməmək siyasətinə sadiqdir.


 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Cənubi Koreyanın Ukrayna müharibəsindən uzaq dayanması tamamilə başadüşüləndir:

 

"Cənubi Koreya kollektiv Qərb düşərgəsinə daxil deyil və Ukraynaya hərbi yardım göstərən Qərb dövlətləri sırasında yer almır. İnkişaf etmiş Asiya ölkəsi olaraq, daha çox öz təhlükəsizlik və iqtisadi maraqlarına fokuslanır. Cənubi Koreyanın hazırkı mərhələdə Ukraynaya silah verməkdən imtina etməsi həm də ölkənin özünün hərbi təhlükə qarşısında olması ilə bağlı ola bilər. Cənubi Koreya daim Şimali Koreyanın hərbi təhdidi ilə üz-üzədir. Bu baxımdan, hesab etmək olar ki, rəsmi Seul hazırda ilk növbədə öz hərbi müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsini daha vacib hesab edir. Digər tərəfdən, Cənubi Koreya Ukrayna müharibəsinə birbaşa müdaxilə etməməklə, xüsusilə silah ixracından çəkinməklə Rusiya ilə münasibətlərinin daha da gərginləşməsində maraqlı olmadığını nümayiş etdirir. Çünki Rusiya Ukraynaya hərbi dəstək verən ölkələrə qarşı sərt mövqe nümayiş etdirir. Görünür, Cənubi Koreya bu qarşıdurmanın birbaşa tərəfinə çevrilmək və Rusiya ilə münasibətlərində əlavə problemlər yaratmaq istəmir.

Bütün bunları nəzərə alaraq, hesab etmək olar ki, Cənubi Koreya hazırda özünə birbaşa aid olmayan müharibəyə hərbi müdaxilə etməklə yaxın gələcəkdə özü üçün əlavə təhlükəsizlik və siyasi problemlər yaratmaq istəmir. Bu səbəbdən də rəsmi Seul Ukraynaya silah verməkdən imtina edir".

 

Səadət Əlizadə

#gündəm #yeni #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər