KİV: İran ABŞ-nin "F-35" qırıcısını vurub
ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil "F-35" qırıcısı İranın Hava Hücumundan Müdafiə qüvvələrinin atəşinə məruz qaldıqdan sonra döyüş tapşırığını yarımçıq qoyaraq Yaxın Şərqdəki hərbi bazalardan birinə təcili eniş etməyə məcbur olub.
"İnformator.az" bildirir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
ABŞ-nin Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins pilotun təcili eniş etməyə məcbur olduğunu təsdiqləyib.
Telekanalın qeyd etdiyinə görə, bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran atəşi ilə vurulduğu ilk təsdiqlənən haldır.
Qeyd edək ki, bir ədəd "F-35" qırıcısının dəyəri 100 milyon dollardan çoxdur.