Kəmaləddin Heydərov İDEX-2015 sərgisində iştirak edib
Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Abu-Dabi şəhərində keçirilən “IDEX-2015” Beynəlxalq müdafiə sərgisində iştirak etmək məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 21-22 fevral 2015-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirib.
Həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
