Kəmaləddin Heydərov Neftçala şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 oktyabr 2015-ci il tarixində Neftçala şəhərində, Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
İnformator Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəbulda Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi 35) 29 oktyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
