00:00:00
Yazar
Admin User
20.11.2025 06:29 147 2 dəq oxuma
Sosial

"Kənd məktəblərindəki müəllim çatışmazlığı şagirdlərin inkişafına mənfi təsir edir"

"Kənd məktəblərindəki müəllim çatışmazlığı şagirdlərin inkişafına mənfi təsir edir"

Təhsillə bağlı problemlər çoxdur. Digər bir problem isə kənd məktəblərində müəllim çatışmazlığının olmasıdır. Bu problem daha çox dərs saatları az olan fənlərdə - musiqi, təsviri incəsənət və.s özünü göstərir. Nəticədə, müəllimlər şəhər məktəblərinə üz tuturlar.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az"-a açıqlamasında musiqi və təsviri incəsənət fənlərinin kənd məktəblərində tədrisin zəif olmasının uşaqlar üçün fəsadlarının böyük olduğu qeyd edib:

 

​"Bu fənlərin tədrisinin zəif olması uşaqların inkişafını zəiflədir. Beynəlxalq tədqiqatlar sübut edir ki, musiqi və incəsənətə həvəsli olan şəxslərin yaddaşı güclü, analitik düşünmələri yüksək olur. Bu fənlərin olmaması kənd məktəblərindəki uşaqların digər akademik nəticələrinə, o cümlədən riyaziyyat və dil bacarıqlarına mənfi təsir edir. ​Həmçinin, bu boşluq sosial və emosional öyrənməni zəiflədir, nəticədə komanda işi, özünü ifadə etmək və özünə inam kimi sosial bacarıqların formalaşmaması uzunmüddətli sosial adaptasiya çətinliyi yarada bilər".

 

​R.Fikrətoğluna görə, bu kimi məsələlərdə maaş sisteminin dəyişdirilməsi həll yollarından sayıla bilər:

 

​"Müəllim dərs saatından asılı olmayaraq sabit əməkhaqqı ilə təyin olunmalıdır. Kənd məktəbləri üçün xüsusi maliyyə modelləri düşünülməlidir. Məsələn, hər il bu müəllimələrə 20-40 faiz əlavə ödəniş edilə bilər, onların mənzil kirayəsi üçün xüsusi vəsait ayrıla, ​regional sənət mərkəzləri yaradıla bilər. Bir neçə kənd üçün vahid musiqi və incəsənət mərkəzləri qurulsa, şagirdlərin bu fənlərlə bağlı inkişafları daha yaxşı irəliləyər. Bu model bir müəllimin daha çox şagirdə xidmət etməsinə imkan verəcək. Təbii ki, ​problemin həlli təklifinin irəli sürülməsi və sistemli addımların atılması uzunmüddətli perspektivdə kənd-şəhər təhsil fərqini aradan qaldıra bilər",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Aytən Əhmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər