00:00:00
Yazar
Admin User
03.12.2025 16:26 95 2 dəq oxuma
İqtisadiyyat

Kəndlilər və toy sektoru gələn ildən daha çox sığorta ödəyəcək

Kəndlilər və toy sektoru gələn ildən daha çox sığorta ödəyəcək

2026-cı ildən torpağını istifadə edən fiziki şəxslərin sosial sığorta haqları artırılacaq.

Yerli mətbuata görə, "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə belə yazılıb.
Yeni dəyişikliyə görə, torpağı 5 hektaradək olanlar minimum əməkhaqqının 5 faizi, yəni 20 manat sığorta haqqı ödəyəcəklər.
Torpaq sahəsi 10 hektardan yuxarı olanlar isə 50 manat məcburi sosial sığorta haqqı ödəməli olacaqlar.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İqtisadi resursların öyrənilməsi mərkəzinin sədri, i.f.d., Ruslan Atakişiyev bildirib ki, bu il sığorta haqları ilə bağlı kənd yerlərində bu işlərin həyata keçirilməsi başlıca yönələn məsələlər bundan ibarətdir ki, biz kənd yerləri, kənd təsərrüfatı, ümumiyyətlə, sığorta baxımından çox həssas və riski böyük olan bir sahədir:


“Çünki burada sel, daşqın, dolu kimi amillər çox oynayır. İkinci məsələ isə torpaqların bəziləri də, yəni çoxlarının pay torpaqları var, amma istifadəsiz olur. Yəni bu sığorta haqqlarının qaldırılmasında bir dənə də rol oynaya bilir ki, həmin adamlar məcbur olub ya yerləri kiməsə icarəyə versinlər, istifadəyə getsin. Amma digər bir məsələ ondan ibarətdir ki, əslində sığorta haqqı qalxsın və ya hər hansı əlavə olaraq xərclər tələb olunsa da, bu bütün hallarda məhsulun maya dəyərinə təsir göstərir. Təbii ki, sabahda kəndli də, istər-istərməz bir məhsulu bir azda baha qiymətə satmağa məcbur olacaq. Onsuzda kəndli baha qiymətə sata bilmir, yəni qazancı çox aşağıdır. Bu da, onun gəlirlərini aşağı salacaqdır, ya da ki, bir az qiyməti qaldırmalı olacaq“.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər