00:00:00
Yazar
Səadət Əlizadə
04.08.2026 19:06 28 1 dəq oxuma
Siyasət

Kobaxidze ABŞ səfirliyini Gürcüstanda nifrəti qızışdırmaqda ittiham edib

Kobaxidze ABŞ səfirliyini Gürcüstanda nifrəti qızışdırmaqda ittiham edib

“ABŞ səfirliyi keçmiş Prezident Co Bayden administrasiyası dövründə Gürcüstanda nifrəti qızışdırmaqla məşğul olub”.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Gürcüstanın baş nazirinin Bayden administrasiyasını ittiham etməsini müəyyən mənada anlamaq olar:

 

"Belə ki, məhz həmin administrasiya dövründə ABŞ ilə Gürcüstan arasında münasibətlər kifayət qədər gərginləşib.

Bunun əsas səbəbi ondan ibarət idi ki, ABŞ və Avropa İttifaqı Gürcüstandan Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı ikinci cəbhə açmasını və müharibəyə qoşulmasını tələb edirdilər. Gürcüstan hakimiyyəti bu tələbləri qəbul etmədikdən sonra ölkəyə qarşı genişmiqyaslı tənqid və təbliğat kampaniyası başladıldı. Bunun şahidi olmuşuq.

Bu baxımdan, həmin dövrdə ABŞ administrasiyasının Cənubi Qafqaz siyasətinin birtərəfli və uğursuz olduğu iddia edilir. Oxşar yanaşma Azərbaycana münasibətdə də müşahidə olunmuş, rəsmi Bakı tərəfindən buna ciddi etirazlar bildirilmiş və müqavimət göstərilmişdi.

Bu baxımdan, Tabaqisinin səsləndirdiyi fikirlər müəyyən arqumentlərə əsaslanır. Onun iddiasına görə, ABŞ Gürcüstandakı müxalifəti dəstəkləməklə hakimiyyətə təzyiq göstərməyə və bu yolla Rusiyaya qarşı ikinci cəbhənin açılmasına nail olmağa çalışırdı. Başqa sözlə, Gürcüstanda öz maraqlarına uyğun hakimiyyət formalaşdırmaq niyyətində idi. Lakin bu cəhdlər gözlənilən nəticəni vermədi və nəticədə tərəflər arasında münasibətlər daha da gərginləşib".

 

 

Səadət Əlizadə

#abş #xəbər #qızışdırmaqda #gündəm #gürcüstanda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər