Kolumbiyada Tomatino festivalının iştirakçıları tonlarla pomidoru bir-birinə atdı
Kolumbiyada keçirilən ənənəvi Tomatina Festivalının iştirakçıları pomidor vannası qəbul ediblər.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, bu il 14-cü dəfə təşkil edilən festival çərçivəsində Boyaca inzibati bölgəsinin Stumarkan şəhərində toplaşan yüzlərlə insan bir-birinə 40 ton pomidor atıb. Bölgədəki fermerlərin hədiyyə etdiyi və yük maşınları ilə festival ərazisinə gətirilən tonlarla pomidor iştirakçıları qırmızıya boyayıb.
Tomatina festivalı zamanı müxtəlif tədbirlər, şənliklər, müsabiqələr və mini-konsertlər də keçirilib. Səlahiyyətlilər festivalda istifadə edilən pomidorların istehlak üçün uyğun olmadığını bildirib.
Sayad
