00:00:00
Yazar
Admin User
03.02.2026 17:18 43 2 dəq oxuma
Sosial

Konstitusiya Məhkəməsində süni intellektlə yeni mərhələ

Konstitusiya Məhkəməsində süni intellektlə yeni mərhələ

Konstitusiya Məhkəməsində süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb. Bu barədə yanvarın 30-da Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclasında məlumat verilib. 

 

Mövzu ilə bağlı İT mütəxəssisi Fərid Kazımov “İnformator.az”a açıqlamasında bildirib ki, internetin olmaması müəyyən mənada təhlükəsizlik təmin edə bilər:

 

“Platforma sistemə bütün normativ hüquqi aktlar, qanunlar və digər sənədlər yerləşdirilibsə, təqdim edilməlidir və sistem həmin mövcud materiallar əsasında axtarış aparmalıdır. Bu, süni intellektin yanlış məlumatlara əsaslanaraq qərar verməsinin qarşısını alır. Yəni, artıq yalnız mövcud Azərbaycan qanunvericiliyi əsasında məlumatlar yerləşdiriləcəkdir. Bəzi hallarda qlobal onlayn çıxış olsa belə, mövcud sənədlərin bəziləri köhnələ bilər, amma qapalı sistemdə bu problem aradan qaldırılır. Köhnə, artıq aradan çıxmış qanunlara əsaslanaraq yanlış cavablar verilməyəcək”.

 

Fərid Kazımov platformanın məhkəmə sistemində böyük potensiala malik olduğunu da vurğulayıb:

 

“Süni intellektin məhkəmə sistemində potensialı yətərincə böyükdür. Məhkəməyə hazırlıq zamanı hüquqşünaslar böyük həcmdə məlumatları nəzərə keçirməli olurlar. Süni intellekt bunu saniyələr ərzində reallaşdıra bilir. Bununla yanaşı, platforma adi vətəndaşlara da məhkəməyə müraciətlərini hazırlamağa imkan verir, onların məlumat bazasına çıxışını asanlaşdırır. Məhkəmə sistemində hüquqşünaslar həm çıxış edən, həm də sənədləri hazırlayan qruplara bölünürlər və süni intellekt bu işdə onları dəstəkləyir. Məlumatlar verildikdən sonra hüquqşünaslar öz strategiyalarını müəyyənləşdirir, məhkəmədə müdafiəsini qura bilir, müştərinin maraqlarını qoruyurlar. Bu, həm inzibati, həm cinayət, həm də digər məhkəmə işlərinə şamil edilir. Prosesin bütün texniki və hüquqi tərəfləri platforma vasitəsilə sürətlə və dəqiq şəkildə araşdırıla bilər. Süni intellekt insanı əvəz edə bilməz. Bütün qərarları yalnız insan verməlidir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər