00:00:00
Yazar
Ayan Sadi
11.11.2026 22:01 42 2 dəq oxuma
Gündəm

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz ölkələrinin Küveytdə vahid hərbi komandanlığın ön qərargahını yaratması regionda kollektiv müdafiə imkanlarını genişləndirərək İran və digər regional təhdidlərə qarşı hərbi koordinasiyanı gücləndirəcək.

 

 

Mövzu ilə bağıı”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki,Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Küveytdə Vahid Hərbi Komandanlığın ön qərargahını yaratması regionda kollektiv müdafiə mexanizmlərini gücləndirərək ərəb dövlətlərinin İran və digər regional təhdidlərə qarşı çəkindirmə gücünü artırır:

 

 

“2026-cı il noyabrın 10-da Bəhreynin paytaxtı Manamada keçirilən KƏŞ-in Birgə Müdafiə Şurasının 23-cü iclasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Omanın müdafiə nazirləri bu qərargahın yaradılması və ora müvafiq hərbi qüvvələrin yerləşdirilməsi barədə qərar qəbul ediblər. 2026-cı ilin fevralında ABŞ və İsrailin İranla başlayan müharibəsi fonunda Körfəz ölkələrinin və enerji infrastrukturunun raket və dron hücumlarına məruz qalması üzv dövlətləri birgə müdafiəni sərtləşdirməyə vadar edib. Bu, İran və onun regional müttəfiqlərinə, xüsusilə Yəməndəki husilərə qarşı uzunmüddətli strateji çəkindirmə mexanizmi rolunu oynayır. Küveytin Fars körfəzinin şimal ucunda, İraq və Səudiyyə Ərəbistanı ilə həmsərhəd, İranla isə su sərhədində yerləşməsi qərargaha kritik strateji mövqe qazandırır. Ön qərargahın bu nöqtədə qurulması potensial münaqişə ocaqlarına yaxınlıq hesabına böhranlara daha sürətli reaksiya verməyə və Ər-Riyaddakı əsas komandanlıq mərkəzi ilə əlaqəli əməliyyatları daha çevik idarə etməyə imkan yaradır”.

 

Politoloq qeyd edib ki,Yeni struktur KƏŞ ölkələri arasında kəşfiyyat məlumatlarının mübadiləsini sürətləndirir və ballistik raketlərə qarşı vahid erkən xəbərdarlıq sisteminin qurulmasını tezləşdirir. 

 

 

Altı ölkənin hava əməliyyatları mərkəzlərinin vahid şəbəkədə birləşdirilməsi regional hava məkanının müdafiə qabiliyyətini də əhəmiyyətli dərəcədə yüksəldir. Bu qərar Vaşinqtonla mövcud ittifaqlardan imtina demək deyil. Əksinə, Körfəz paytaxtları təhlükəsizlik məsələlərində yalnız ABŞ-dan asılı qalmamaq və öz müdafiə təşəbbüslərini ələ almaq niyyətində olduqlarını nümayiş etdirirlər. ABŞ tərəfi də Körfəz müttəfiqlərinin öz aralarında birbaşa koordinasiyanı artırmasını ümumi hərbi effektivlik baxımından dəstəkləyir. Bu məsələni daha da aktual edən İran - ABŞ savaşında İranın Körfəz ölkələrinə ciddi zərbələr vurmasıdır. Tarixən KƏŞ daxilində xarici siyasət və təhlükəsizlik məsələlərində müəyyən fikir ayrılıqları mövcud olsa da, mövcud regional müharibə və enerji ixracına yaranan təhdidlər üzv dövlətləri artıq ortaq tale prinsipi ətrafında birləşdirməyə məcbur edir. Küveytdəki ön qərargah Səudiyyə Ərəbistanının Pakistanla imzaladığı ikitərəfli müdafiə paktı kimi digər regional razılaşmaları tamamlayan daimi institusional çərçivə rolunu oynayır. Bu addım Körfəz blokunu Yaxın Şərq geosiyasətində daha vahid və müstəqil hərbi-siyasi aktora çevirəcək.

 

 

Nurgün Qənizadə

#xəbər #baki #vahid #ölkələri #körfəz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər