00:00:00
Yazar
Admin User
06.02.2026 15:44 38 2 dəq oxuma
Sosial

Kosmetoloji prosedurlar

Kosmetoloji prosedurlar

Son illərdə kosmetoloji prosedurlar gündəlik həyatın bir hissəsinə çevrilib. İnsanlar cavanlaşmaq, dəri görünüşünü yaxşılaşdırmaq və özünəinamı artırmaq üçün müxtəlif estetik müdaxilələrdən istifadə edirlər. Lakin hər bir prosedurun həm xeyirli, həm də potensial zərərləri mövcuddur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında kosmetoloq Rəna Bayramova bildirib ki, kosmetoloji müdaxilələrin risk səviyyəsi prosedurun növündən, istifadə olunan preparatlardan və mütəxəssisin peşəkarlığından asılıdır:

 

“Yanlış icra olunan prosedurlar allergik reaksiyalar, infeksiya, asimmetriya, sinir və damar zədələnməsi, hətta daimi iz və deformasiya kimi ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə inyeksion prosedurlarda (dolğu, botoks və s.) risklər daha yüksəkdir və nəticələr bəzən geri dönməz olur. Düzgün seçilən və peşəkar şəkildə aparılan kosmetoloji prosedurlar dərinin keyfiyyətini yaxşılaşdırır, qocalma əlamətlərini azaldır, dəri tonunu və elastikliyini artırır. Bundan əlavə, insanın özünə inamını yüksəldir, sosial və psixoloji rahatlıq yaradır. Bir çox hallarda prosedurlar təkcə estetik deyil, həm də dəri sağlamlığının qorunmasına xidmət edir. Peşəkar olmayan şəxslər anatomiya, sterilizasiya qaydaları və preparatların düzgün istifadəsi barədə kifayət qədər biliyə malik olmurlar. Bu isə infeksiya riskinin artmasına, yanlış dozalanmaya, uyğun olmayan nahiyəyə müdaxiləyə və ağır fəsadlara yol açır. Eyni zamanda, qeyri-sertifikatlı məhsulların istifadəsi xəstənin sağlamlığı üçün ciddi təhlükə yaradır. Buna görə də kosmetoloji prosedurlar yalnız rəsmi təhsili, təcrübəsi və müvafiq icazəsi olan mütəxəssislər vasitəsilə aparılmalıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər