Kosmetoloq da amnistiyaya düşüb
Bakıda fəaliyyət göstərən Dr.Elnara MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilib.
"İnformator.az" "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hökmündə qeyd olunub.
Hökmə əsasən, kosmetoloq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.
Prezidentin irəli sürdüyü təşəbbüsü Milli Məclisin "Konstitusiya və Suverenlik İli” münasibətilə 19.12.2025-ci il tarixli amnistiya qərarı E.Rzayevaya şamil olunub. O, cəzadan azad olunub.
