Kosmosa zibil atdığı üçün cəza verildi
Dünyada ilk: Kosmosa zibil atdığı üçün cəza verildi.
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Yer orbitində kosmik zibil buraxdığına görə Dish Network-u 150 min dollar cərimələyib. İlk dəfədir ki, bir şirkət kosmosda zibil buraxdığına görə cərimələnir.
FCC, Dish Network-a tətbiq edilən cərimənin köhnə peyk olan EchoStar-7-ni istifadədə olan digər peyklərdən kifayət qədər uzaqlaşdıra bilmədiyi üçün tətbiq edildiyini və peykin Yer kürəsinin orbitində olan digər peyklər üçün potensial risk yaratdığını bildirib.
