Kosmosda Günəşdən daha isti planetə bənzər obyekt kəşf edilib
1400 işıq ili məsafədə bir ulduz ətrafında fırlanan cismin Günəşdən daha isti olduğu müəyyən edilib
İnformator.az xəbər xarici mediaya istinadən xəbər verir ki, bu obyektlər planetlər və ulduzlar arasında maraqlı bir kateqoriya olan qəhvəyi cırtdan deyə adlanır. Cisim öz ulduzu ilə o qədər yaxın orbitdədir ki, onun temperaturu 8000 Kelvini (7727 dərəcə Selsi) keçir.
Qeyd edək ki, İsraildəki Weizmann Elm İnstitutunun astrofiziki Na'ama Hallakounun rəhbərlik etdiyi beynəlxalq qrup obyektə WD0032-317B adını verib.
Fatimə
