Kosmosda müəmmalı partlayış baş verdi
Kosmosda indiyə qədər görülən ən böyük partlayış baş verib. Partlayışın səbəbi hələ məlum deyil.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, alimlər partlayışın harada və niyə baş verdiyini hələ dəqiq bilmədiklərini bildirib. Gözə görünən demək olar ki, hər şeydən daha parlaq olan püskürmənin üç ildən çox davam etdiyi və təxminən 8 milyard il uzaqlıqda baş verdiyi düşünülür. AT2021lwx kimi tanınan partlayışın kainatın təxminən altı milyard il yaşı olanda baş verdiyi düşünülür və hələ də teleskoplar şəbəkəsi tərəfindən izlənir.
Southampton Universitetinin astronomları partlayışın günəşdən minlərlə dəfə böyük olan və superkütləvi qara dəlik tərəfindən şiddətlə təhrif olunmuş nəhəng qaz buludunun nəticəsi olduğuna inanır.
Qeyd edək ki, AT2021lwx ilk dəfə 2020-ci ildə Kaliforniyadakı Zwicky Transient Facility və daha sonra Havayda yerləşən Asteroid Terrestrial Pulse Final Warning System (ATLAS) tərəfindən aşkar edilib.
Aydan
