00:00:00
Yazar
Elmira Ağayeva
17.07.2026 22:15 18 1 dəq oxuma
Siyasət

Kreml Trampın ittihamlarına cavab verib

Kreml Trampın ittihamlarına cavab verib

ABŞ-nin “Rusiyanın müdaxiləsi” iddiaları və Putinin planları Kremlin brifinqinin əsas mövzuları olub.Rusiya heç vaxt digər dövlətlərin daxili işlərinə müdaxilə etməyib və eyni yanaşmanı özünə qarşı da gözləyir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov iyulun 17-də keçirdiyi brifinqdə bildirib.
TASS agentliyi brifinqdə səsləndirilən əsas açıqlamaları təqdim edib.


Prezidentin iş qrafiki ilə bağlı
Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.Trampın ittihamları ilə bağlı
ABŞ Prezidenti Donald Trampın Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı səsləndirdiyi fikirlər “ABŞ kəşfiyyat orqanlarının qeyri-müəyyən və sübuta yetirilməmiş məlumatlarına” əsaslanır.

 

Peskov bildirib ki, ABŞ-də daha əvvəl aparılan araşdırmalar Rusiyanın seçkilərə heç bir təsir göstərmədiyini ortaya qoyub: 

 

“Xatırlayaq ki, ABŞ-də müxtəlif araşdırmalar aparılıb. Onların hamısı Rusiyanın ABŞ-də keçirilən seçkilərə heç bir şəkildə təsir göstərmədiyi qənaətinə gəlib”.


O əlavə edib ki, Rusiya məhz həmin araşdırmaların nəticələrini əsas götürür: 

 

“Biz ilk növbədə məhz buna əsaslanırıq. Bu nəticələr bizim təhlükəsizlik və ya istintaq orqanlarımızın deyil, ABŞ-nin öz qurumlarının gəldiyi nəticələrdir. Həm parlament komissiyaları, həm də prokurorluq eyni qənaətə gəlib ki, Rusiyanın seçkilərə heç bir təsiri olmayıb”.


TASS
Nuray Əliyeva

#Rusiya #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər