00:00:00
Yazar
Admin User
03.08.2023 14:23 432 1 dəq oxuma
Maraqlı

Kruasanların niyə aypara şəklində olduğunu bilirdinizmi?

Kruasanların niyə aypara şəklində olduğunu bilirdinizmi?

İkinci Vyana mühasirəsi zamanı Osmanlı əsgərləri tunellər qazaraq divarları yıxmağa çalışırdılar.Bu tunellərdən biri divarlara çatmışdı.Əgər partlayıcıları atsaydılar divarlar uçacaqdı.Məhz bu zaman bir çörəkçi xəmir yoğurarkən yeraltından gələn səsləri eşitdi və əsgərlərə xəbər verdi. Əsgərlər tuneli təsbit etdi və türk əsgərləri şəhid oldu.

 

Çörəkçinin tunellə bağlı erkən xəbərdarlığı Vyananı türklərdən xilas etmişdi. Çörəkçi bu böyük zəfəri yaşatmaq üçün Osmanlı İmperatorluğunun simvolu olan ayparadan istifadə edərək çörək hazırlamaq istəyib və bu işdə yalnız ona səlahiyyət verilməsini tələb edib. Kont Starhemberg bu xahişi qəbul etdi və beləliklə Avropa ölkələrinin dəyişməz hissəsi aypara şəklində kruasan, yəni ay çörəyi meydana çıxdı.
Gördüyünüz bu Osmanlı Əsgəri heykəli də çörəkçinin xatirəsini yaşatmaq üçün Vyanada Heidenschuss küçəsində ucaldılıb.Heidenschuss sözünün başqa bir mənası da “çörəkçinin zərbəsi”dir.

 

Nuray Qədirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər