00:00:00
Yazar
Banuçiçək Məmmədova
11.03.2026 11:33 24 2 dəq oxuma
Sosial

Küçələrdə gizli təhlükə: Ağlagəlməz yerlərdə gizlədilən iynələr xəstəlik yayır?

Küçələrdə gizli təhlükə: Ağlagəlməz yerlərdə gizlədilən iynələr xəstəlik yayır?

Son zamanlar sosial şəbəkələrdə və ictimai müzakirələrdə küçələrdə, park və dayanacaqlarda gizlədilən iynələrlə bağlı narahatedici məlumatlar yayılır. İddialara görə, bəzi yerlərdə insanların oturduğu skamyaların, tutacaqların və ya dar keçidlərin yaxınlığında qəsdən iynələr yerləşdirilir. Bu isə müxtəlif yoluxucu xəstəliklərin yayılması təhlükəsi ilə bağlı ciddi suallar doğurur. Mütəxəssislər belə halların nə dərəcədə real təhlükə yaratdığını və vətəndaşların özlərini necə qoruya biləcəyini izah edirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, atılan şprislərə, iynələrə əl vurmaq olmaz:

 

“Əslində, tibb müəssisələrində iynələr xüsusi qablarda yerləşdirilir. Açılmayan qablarda iynə üçün xüsusi dəlik olur, ordan salınır və onlar xüsusi yolla utilizasiya olunur. Yəni onlar küçəyə, zibil qabına heç vaxt atılmır. Zibil qabına və ya başqa yerlərə atılan, müəyyən yerlərə qoyulan şprislər qəsdən qoyula bilər və ya təsadüfən narkomanlar, bu şprisdən istifadə edən şəxslər ata bilər. Həmçinin məişətdə müxtəlif şəxslər, evində sistem qoyduran və ya iynədən istifadə edən insanlar da onları ata bilərlər. İstənilən halda istifadə olunan şprisə əl vurmaq təhlükəlidir. Çünki bu şprislər müxtəlif virus daşıyıcılarının istifadə etdiyi vasitə ola bilər ki, bu da təbii olaraq təsadüfən kiminsə əlinə batsa, xəstələnmə riski yaradır. Əlbəttə, virus orada uzun müddət qala bilməz, amma hepatit davamlıdır və uzun müddət qala bilir. Təəssüf ki, belə hallar mümkündür. Amma yenə də deyirəm ki, istənilən halda ehtiyatlı olmaq lazımdır. Evdə də uşaqlara başa salmaq lazımdır ki, bayırda gördükləri şprislərə və iynələrə qətiyyən əl vurmasınlar, ehtiyatlı olsunlar. Əgər təsadüfən iynə ələ batıbsa, mütləq yoxlanılmalıdır. Əgər bu ev şəraitindədirsə, bunu araşdırmaq daha asandır. Yəni iynədən kimin istifadə etdiyini müəyyən edib yoxlamaq olar. Amma bayırda olubsa, ən azı üç aydan bir gedib yoxlanmaq lazımdır, qanda virus hepatitlərinə görə analiz vermək lazımdır. Çünki əsas yoluxma riski hepatit B və C virusları ilə bağlıdır. Buna görə maksimum ehtiyatlı olmaq lazımdır”.

 

Banuçiçək Məmmədova

#yayır? #gündəm #xəbər #təhlükə:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər