00:00:00
Yazar
Admin User
27.09.2025 12:55 138 2 dəq oxuma
Sosial

Lüks brendlər və qadınlar

Lüks brendlər və qadınlar

Lüks geyim brendləri günümüzdə sadəcə geyim və aksesuar deyil, qadınların özünüifadəsidir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında modelyer Şəlalə Maqsudova bildirib ki, əgər xanımlarımızın geyim zövqü varsa, hər qiymətə olan geyim ilə şarmlı və dəbli görünə bilərlər:


"Bəzi xanımlar var ki, daha çox geyimlərində brendlərə üstünlük verir. Elə düşünürlər ki, brend geyinməklə daha şarmlı görünürlər. Amma bu yanlış fikirdir, çünki brend geyinmək dəbli geyinə bilmək deyil.


Elə insanlar var ki, qarşısındakı insanın brend geyindiyini qarşı tərəf deməsə, anlaya bilməz. Çünki bəzən brend geyim o qədər gözəl görünməyədə bilər. Bəzən də elə olur ki, bəzi xanımlar çox ucuz qiymətə o qədər zövqlü geyinir ki, onları görən insanlar elə, düşünürlər ki, bu geyim doğrudan da brenddir. Amma əslində o, brend deyil. Sadəcə olaraq xanımın geyim zövqü var və ona görə şarmlı görünür.


Dəbli olmaq bahalı geyinmək demək deyil. Dəbli olmaq odur ki, sən ucuz bir qiymətə aldığın geyimləri düzgün "kombin" edib və onu gözəl bir şəkildə təqdim edə biləsən.


Əgər bir insanın tərzi varsa, geyinmək zövqü varsa, uyğun qiymətə də geyim alıb geyinə bilər.


Elə xanımlar var, brend geyinir, amma o qədər zövqsüz görünür ki, o geyim belə, onun üzərində çox primitiv bir geyim kimi görünür. Ona görə də, brendin önəmi yoxdur. Əgər xanımlarımızın geyim zövqü varsa, hər qiymətə olan geyim ilə şarmlı və dəbli görünə bilərlər".


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər