Lavrov və Rubio arasında diplomatik dialoq- Politoloqdan ŞƏRH
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı dünyadakı mövcud vəziyyəti və Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki, ABŞ, Rusiya və Çin kimi böyük dövlətlər rəqabətlərinin ən kəskin zamanında belə diplomatik kanalları açıq tutmağa çalışırlar:
“Çünki hər biri rəqabətə baxmayaraq böyük nüvə dövlətləri arasında müharibənin hər kəs üçün fəlakətli olacağını anlayır. Ona görə müzakirələr üçün diplomatik kanallar açıq saxlanılır. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ABŞ-nin dövlət katibi Marko Rubio arasındakı danışıqlar məhz bu məqamla bağlıdır. İki böyük dövlət arasında münasibətlərin normal olması Yaxın Şərq və digər münaqişə zonalarına müsbət təsir edə bilər. Münasibətlər pis olanda, bütün dünyaya mənfi təsir edir”.
Nurgün Qənizadə