“Layihə İsraildə yeni investisiyalar və iş yerləri yaradacaq”
İsrail hökuməti Qəzza zolağının şərqində, Negev səhrasında əlavə beynəlxalq hava limanının tikintisi layihəsini fevralın 8-də müzakirəyə çıxaracaq. Layihə Baş nazir Benyamin Netanyahunun nəqliyyat naziri Miri Regev, Maliyyə, Nəqliyyat və Müdafiə nazirliklərinin yüksək vəzifəli rəsmiləri ilə aparılan müzakirələrdən sonra hazırlanıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin IV çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, layihənin ideya müəllifi ABŞ Prezidenti Donald Trampdır:
“Ümumiyyətlə, o bütün məsələlərə, hərbi münaqişələrə də öz dəsti-xətti ilə baxır. Tramp dəfələrlə qeyd edib ki, çalışacaq ki, İsraillə bir yerdə hərəkət etsin. Onlar çox yaxın strateji müttəfiqdirlər. Amerikanın bəlkə də üçdə biri yəhudidir və onların güclü lobbi imkanları var. Dünyada ən varlı etnik qrup da onların əlindədir. Federal Rezerv sistemində 12 bankın yarısından çoxu yəhudilərin idarəçiliyindədir. Media, birjalar və nəhəng kampaniyalarda da onlar ya idarə edənlərdir, ya da təsir imkanları böyükdür. Havalimanının tikilməsi gələcək üçün vacibdir. Oradan həm turistlər, həm beynəlxalq ticarət istifadə edə biləcək. Ən böyük məsələ təhlükəsizlikdir. Əgər şərtlər nəzərə alınsa, bu layihə müsbət nəticə verəcək. Eyni zamanda, layihənin dünya miqyasında təqdimatı düzgün aparılmalıdır ki, beynəlxalq ictimaiyyət bunu normal qəbul etsin. Bu məsələlər həll olunarsa, yeni investisiyalar və iş yerləri təmin olunacaq”.
Professor, həmçinin layihənin ABŞ və region siyasəti ilə əlaqəsini də şərh edib:
“Bütün bu proseslər Donald Trampın ssenarilərinə bağlıdır. Beş fərqli ssenari var və onlardan biri seçilməlidir. Regionun təhlükəsi və ABŞ-nin mövqeyi nəzərə alınmalıdır. Əgər şərtlər müsbət həll olunarsa, bu yeni yatırımlar və investisiyalar üçün imkan yaradacaq”.
Fatimə Hüseynli
