00:00:00
Yazar
Admin User
04.02.2026 16:04 77 2 dəq oxuma
Siyasət

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

Həmin gün BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.

 

Mövzu ilə əlaqədar siyasi şərhçi Əli Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, Heydər Əliyev Fondu Azərbaycan və milli həqiqətlərimiİn dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görüb:

 

“Fondun prezidenti Mehriban Əliyeva və Vitse-prezidenti Leyla Əliyevə milli və mədəni irsimizin tanıdılmasında, mədəni və humanitar əlaqələrin qurulmasında, beynəlxalq əməkdaşlığın genişləndirilməsində də bir çox uğurlara imza atıblar. Ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı ardıcıl və silsilə tədbirlər nəticədə bu soyqırımın geniş anlamda tanınması ilə nəticələnib. Fondun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşü və apardığı müzakirələr elmi, innovativ və ekoloji sahələrdə əlaqələrin inkişafına daha töhfə verib. Qeyd etmək yerinə düşər ki, Leyla xanımın rəhbərliyi ilə həyata keçirilən İDEA layihəsi çərçivəsində yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, həmçinin ekoloji təmizlik kimi ümdə məsələləri üzrə xeyrli təcrübə toplanıb. "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli panel müzakirələrin də diqqəti bu aktual problemə yönəldilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Xəzər dənizinin qurumasının ekoloji faktorlardan deyil, digər səbəblərdən qaynaqlanır və bu məsələ bəzi dövlətlərin alətinə çevrilir. Bunlar təhlükəli tendensiyalardır. Məhz Leyla Əliyeva da aktual problemləri qabartmaqla və bu yöndə göstərdiyi fəaliyyətlə, şübhəsiz ki, həmişəki kimi uğurlu nəticələrini verəcək”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər