00:00:00
Yazar
Zəhra Həsənova
26.05.2026 19:19 24 2 dəq oxuma
Siyasət

Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb - Pezeşkian

Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkianın Əli Xameneinin ABŞ ilə danışıqlara qarşı olmadığı barədə açıqlaması Tehran rəhbərliyində diplomatik yanaşmanın davam etdiyini göstərir. ABŞ-İran qarşıdurması, hərbi əməliyyatlar və nəticəsiz qalan Pakistan danışıqları fonunda regionda gərginlik daha da artıb. Hörmüz boğazı ətrafında yaranan qarşılıqlı blokada qərarları isə qlobal enerji bazarında ciddi narahatlıq yaradıb. Mövcud vəziyyətin Yaxın Şərqin gələcək siyasi və təhlükəsizlik balansına təsiri ilə bağlı politoloqların fikirləri maraq doğurur.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, İranın dini liderinin ABŞ ilə danışıqlara münasibəti əslində yeni mövqe deyil. Əvvəlki dövrlərdə də rəsmi Tehran danışıqlara qarşı olmadığını və məsələnin siyasi yollarla həllində maraqlı olduğunu bəyan edib:

 

“Hazırda ABŞ və İran arasında dolayı danışıqlar davam edir və artıq bəzi məsələlər üzrə ilkin razılaşmaların əldə olunmasına dair məlumatlar yayılır. Bu məlumatlar əsasən Hörmüz boğazının açılması ilə bağlıdır. Yəni, tərəflər arasında 60 günlük atəşkəs rejiminin tətbiqi, İranın Hörmüz boğazını açması və gəmiçiliyin sərbəst hərəkəti üçün şərait yaradılması məsələləri müzakirə olunur. Müzakirələrdə ABŞ, İran və İsrail arasında qarşılıqlı hücumların dayandırılması, əməliyyatların məhdudlaşdırılması və gərginliyin azaldılması ilə bağlı ortaq məqamlar da yer alır.
Sanksiyalar, həmçinin yüksək səviyyədə zənginləşdirilən uranın utilizasiyası və ya ölkədən çıxarılması məsələləri də danışıqlar masasında olan əsas mövzulardandır. Hazırkı mərhələdə prosesin sıfır nöqtəsindən irəlilədiyini göstərən müəyyən işarələr var və beynəlxalq ictimaiyyət də məhz müəyyən anlaşmanın əldə olunmasını gözləyir”.

 

Qasımov, Pakistan Baş nazirinin Çinə son səfərinə də diqqət çəkərək bildirib ki, Pekin də prosesdən kənarda deyil:

 

“Çinin maraqlarına uyğundur ki, proses danışıqlar yolu ilə həll olunsun. Bu baxımdan müəyyən dinamika müşahidə edilir. Hələlik genişmiqyaslı razılaşmadan danışmaq tezdir. Onun sözlərinə görə, hazırda üç əsas ssenari ön plandadır. Birinci ssenari məhdud səviyyəli kiçik razılaşmanın əldə olunmasıdır. İkinci variant danışıqlar prosesinin uzadılmasıdır ki, bu da İran diplomatiyasına xas taktikalardan biridir. Üçüncü ehtimal isə hərbi eskalasiya riskinin artmasıdır. Hörmüz boğazında gərginliyin azalması və blokadanın aradan qaldırılması dünya iqtisadiyyatı və enerji bazarına müsbət təsir göstərə bilər. Bu səbəbdən yalnız ABŞ və İran deyil, digər böyük güclər də prosesin irəliləməsində və müəyyən razılaşmanın əldə olunmasında maraqlıdırlar”.

 

Fatimə Hüseynli

#baki #əli #olmayıb #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər