00:00:00
Yazar
Admin User
19.11.2015 09:22 447 1 dəq oxuma
Sosial

Əlilliyi olan şəxslərin ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

Noyabrın 24-26-da əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsini keçiriləcək.
Əlilliyi olan şəxslərin ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə noyabrın 24-26-da əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsini keçirəcək.


İnformator xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Respublika Rəssamlar İttifaqı ilə əməkdaşlıq şəraitində keçirilən tədbir Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasında (Bakı şəhəri, Azadlıq prospekti, 16/21) təşkil olunacaq. Sərgi-müsabiqədə respublikamızın bütün bölgələri üzrə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə hazırladıqları 762 əl işi nümayiş etdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçiriləcək tədbirdə müəyyən edilmiş nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər