00:00:00
Yazar
Admin User
19.01.2015 07:47 484 1 dəq oxuma
Siyasət

Livanın “Əl-Cumhuriyyət” qəzetində “Azərbaycan “Qara yanvar xatirəsini” yad edir” adlı məqalə dərc edilib

Livanın “Əl-Cumhuriyyət” qəzetinin 17 yanvar 2015-ci il tarixli buraxılışında “Azərbaycan “Qara yanvar xatirəsini” yad edir” adlı məqalə dərc edilib.
Livanın “Əl-Cumhuriyyət” qəzetində “Azərbaycan “Qara yanvar xatirəsini” yad edir” adlı məqalə dərc edilib

Məqalədə Sovet qoşunlarının 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinə yeridilməsi, uşaq, qadın və qocaların da olduğu yüzlərlə günahsız dinc əhalinin qətl edilməsi, bu faciənin törədilməsinə Nobel mükafatına layiq görülmüş sovet rəhbəri MixailQorbaçov tərəfindən qərar verildiyi öz əksini tapıb.

 

Məqalədə, həmçinin hadisədən dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək sovet ordusunun bu hərəkətlərini pisləməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət hadisəsini törədənlərin cəzalandırılmasını tələb etməsi öz əksini tapıb.

 

Məqalədə, bu hadisənin Azərbaycanın müstəqillik yolunda mühüm yer tutduğu qeyd edilərək, ölkəmizin 1991-ci ildə müstəqillik əldə etdiyi, hal-hazırda dünya siyasətində özünəməxsus yer tutduğu və bir çox beynəlxalq təşkilatların üzvü olduğu vurğulanıb. Həmçinin, Azərbaycanın dünya ölkələri ilə, o cümlədən ərəb dövlətləri ilə yüksək əməkdaşlığa malik olduğu bildirilir.

 

Məqalədə, eləcədə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 1994-cü ildə bu faciəyə siyasi və hüquqi qiymət verildiyi öz əksini tapmışdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər