Liya Bayramovaya yeni vəzifə verilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
"İnformator.az" "Axar.az"a istinadla xəbər verir ki, bu, Liya Bayramovadır.
O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan "Dayanıqlılıq və inkişaf" proqramının müəllifi və aparıcısıdır.
L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-yə təyinat alıb.