00:00:00
Yazar
Səadət Əlizadə
27.04.2026 18:46 18 1 dəq oxuma
Siyasət

Əliyevə söz vermişdim, onu ölkəyə dəvət etdim - Babiş

Əliyevə söz vermişdim, onu ölkəyə dəvət etdim - Babiş

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Babiş Feysbuk hesabında yazıb.

 

"Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim", - o vurğulayıb.

 

Babiş qeyd edib ki, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa Birliyindən (AB) kənara ilk səfərinin Azərbaycana olacağına söz verib və bu vədini yerinə yetirə bildiyindən məmnunluğunu bildirib.

 

"Dostluq xarakterli və ən əsası, çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi $42 mlrd. təşkil edib ki, bunun da əsas hissəsini Çexiyaya Azərbaycan neftinin tədarükü təşkil edib", - o vurğulayıb.

#azərbaycan #etdim #babiş #söz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər