Lukaşenko: “Trampın taktikası təzyiq və geri çəkilmədir-narahat olmağa əsas yoxdur”
Aleksandr Lukaşenko ABŞ-nin lideri Donald Trampın siyasətinə münasibət bildirib. Belarus lideri Trampın “sülh güc vasitəsilə” prinsipinə əsaslanan yanaşmasının əvvəldən bəlli olduğunu deyərək, onun taktikasının əvvəl təzyiq göstərmək, daha sonra isə geri çəkilməkdən ibarət olduğunu vurğulayıb. Lukaşenko qeyd edib ki, Vaşinqtonla danışıqlarda bu yanaşma açıq şəkildə hiss olunur və Minsk öz maraqlarını müdafiə etməyi bacarır. O, eyni zamanda, Belarusun heç bir halda problemlərini “qardaş və doğma” adlandırdığı Rusiyanın hesabına həll etmədiyini də xüsusi qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Oruclu bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun beynəlxalq münasibətlərdə "sülh güc vasitəsilə” prinsipinin əsas götürülməsi barədə dedikləri təəssüf ki, həqiqətdir:
“Əvvəllər də belə yanaşma mövcud olmuşdur, lakin son dönəmlər bu hal özünü daha qabarıq şəkildə biruzə verir. Beynəlxalq hüquq normaları kədərini itirməkdədir. Kim güclüdür haqqlı da odur. Dünya nizamının aşınmaya məruz qalması sabitsizliyə və konfliktlərə yol açır. Planeti qlobal nüvə təhlükəsinə yaxınlaşdırır. ABŞ prezidenti populist və avantürist siyasətçidir. Onun yürütdüyü siyasi xətt daha çox resusrslara yiyələnmək, güc və şantajla dövlətləri Birləşmiş Ştatların birtərəfli maraqlarının təmininə məcbur etməkdir. Amma heç də həmişə onun bu taktikası uğur gətirmir. Məsələn, Çin və Aİ ilə başlatdığı ticarət müharibəsi, Kanada və Qrenlandiyaya iddiası mənasız həmlələr idi. Həmin cəhdlər əksinə Qərbli müttəfiqlərinin ABŞ-yə olan güvəni və balılığını xeyli sarsıdıb. Trampın Rusiya ilə bağlı ziqzaqvari və sistemsiz davranışı nəticə etibarı ilə Putini cürətləndirib və Moskvanın manevr imkanlarını artırıb.Amerikanı böyük və güclü etmək vədi verən Tramp vədinə nəinki əməl edə bilməyib, əksinə Vaşinqtondan hətta öz ənənəvi müttəfiqləri məsafə saxlamağa saxlayır. Göründüyü kimi, Trampın eksponsionist addımları kiçik və inkişaf etməkdə olan dövlətlər qorxuya salmaya bilməz. Belarusiya Rusiyanın bir saylı və vazkeçilməz müttəfiqidir və Ukrayna məsələsi bitməyənədək onun prezidenti də hesab edirəm təhlükəsiz qalacaq”.
Banuçiçək Məmmədova
