00:00:00
Yazar
Admin User
11.11.2025 17:24 108 2 dəq oxuma
Sosial

Müasir dövrdə insanlarda xarakter dəyişikliyinin psixoloji və sosial səbəbləri

Müasir dövrdə insanlarda xarakter dəyişikliyinin psixoloji və sosial səbəbləri

Müasir dövrdə insanların davranış və xarakter xüsusiyyətlərində müşahidə olunan dəyişikliklər həm psixoloji, həm də sosial amillərlə sıx bağlıdır.

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəliyeva “İnformator.az”a bildirib ki, uşaqlıq dövründə yaşadığımız hadisələr indiki şəxsiyyətimizin formalaşmasında mühüm rol oynayır:

 

“Şəxsiyyəti formalaşdırmaq üçün yaşadığımız hadisələrdən dərs almalıyıq. Həyat və arzular arasında ziddiyyət yaranarsa, bu xarakter dəyişiminə gətirib çıxarır. Məsələn, hədəfimizə çatmaq istəyərkən çətinliklərlə üzləşsək və ya itirmək qorxusu yaşasaq, bu qorxular bizim xarakterimizə təsir edir. Bu dəyişikliklər həm neqativ, həm də pozitiv ola bilər. İnsan həm böyüyə, həm də ruhən zədələnə bilər. Xarakter dəyişiklikləri yalnız şəxsi təcrübələrdən deyil, həm də müasir dövrün gətirdiyi psixoloji təzyiqlərdən təsirlənir. Xarakter dəyişikliyi aşırı aqressiya, hədəfdən uzaqlaşma və ya özünü tənqid etmə kimi hallarda psixoloji problemlərə səbəb ola bilər. Amma adaptasiya prosesi, yəni çətinliklərə uyğunlaşma və öyrənmə baş verərsə, insan inkişaf edir və xarakter müsbət istiqamətdə formalaşır. Müasir dövrün ən böyük sosial təsirlərindən biri sosial media və internet asılılığıdır".

 

Psixoloq Mirzəliyeva vurğulayır ki, internet və sosial media insanın özünü ifadə etmə tərzinə və xarakterinə mənfi təsir göstərə bilər:

 

"Sosial mediada informasiya bolluğu bəzən insanın sosial bacarıqlarını zəiflədə bilir. İnsanlar tez-tez virtual aləmdə özlərini təqdim etməyə çalışır, amma unutmamalıyıq ki, sosial mediada gördüyümüz hər şey həmişə real deyil. Paylaşılan videoların və ya şəkillərin kifayət qədər bəyənilməməsi özünü pis hiss etməyə, özünü yetərsiz hesab etməyə səbəb olur. Bu, xüsusilə gənc nəsildə müşahidə olunur. İnsanlar sosial media vasitəsilə özünü müqayisə edir, özünü tənqid edir və bunun nəticəsində özünü tənha hiss edə bilər. Xarakter dəyişikliyi aşırı aqressivlik, hədəfdən uzaqlaşma və sosial adaptasiya problemləri şəklində ortaya çıxa bilər. Əksinə, adaptasiya baş verdikdə isə insan daha da inkişaf edir".

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər