00:00:00
Yazar
Admin User
15.08.2023 18:58 516 2 dəq oxuma
Maraqlı

"MÜASİR TEXNOLOGİYA, MÜASİR FUTBOL"

"MÜASİR TEXNOLOGİYA, MÜASİR FUTBOL"

   Müasir dövrdə hər bir sahə üzrə açıqlamasını bilməsək də, sosial şəbəkələrdə bir çox terminlərlə rastlaşırıq. Bu terminlərdən biri də "data analitikası”dır. Öncə görək "data analizi" nədir? "Data analizi" müxtəlif biznes, elm, sosial elm sahələrində fərqli adlar altında müxtəlif üsulları əhatə edən bir çox yanaşmalara malikdir.
  "Data analitikası" termininə futbolda da rast gəlirik. Əsasən də bu metodla futbolçuların qısa və uzun müddətli inkişaflarının izlənməsidir. Əgər bu metoddan istifadə edilirsə, deməli, araşdırmalı olduğumuz məsələ var ki, futbola niyə gətirilib? Futbol üçün hansı müsbət keyfiyyətləri var? Data analitikasından futbol sahəsində nə üçün istifadə edilir?
   Layihə direktoru Toğrul Bilallı deyir ki, bu metod futbolçunun inkişaf yolunu daimi nəzarətdə saxlamaqdır. Burada əsas məqsəd gənc futbolçuların inkişafını təmin edib, onları dünyanın aparıcı klublarının və akademiyalarının tələb etdiyi standartlara uyğun hazırlamaqdır. Bu sahədə də datadan istifadə - rəqəmlərin statiskasını müəyyən etməkdir.
   Toğrul Bilallı data analitika ilə müasir texnologiyalarla keçdiyi təlimlərin uşaqlara nə kimi müsbət təsir göstərdiyini də diqqətə çatdırır. Deyir ki, uşaqlara nəzəriyyə dərslərlə yanaşı, uşaq futbolu ilə işləmək daha mühim faktordur. "Bizim məqsədimiz data ilə bağlıdır, uşaqların bacarıqlarını rəqəmlərlə görmək, bunun statistikasını aparmaq və uşaqların futboldakı inkişafını izləməkdir".
   Toğrul Bilallının sözlərinə görə, datanı futbola futbolçunun inkişafın izlənməsi üçün gətiriblər. Burada əsas məqsəd statiska aparıb, futbolçunun inkişafını izləyib, onun haqqında məlumat toplamaqdır “Bunun üçün yeni proqramlar işləniləcək, hansı rəqəmlərə çata biləcəyimizi daha dəqiq görəcəyik”.

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər