00:00:00
Yazar
Admin User
10.02.2026 09:09 35 1 dəq oxuma
Sosial

Müayinə üçün gedib, dünyasını dəyişib

Müayinə üçün gedib, dünyasını dəyişib

İlk dəfə idi ki, infarkt keçirirdi. Heç vaxt ağrıları olmamışdı. Hətta Türkiyəyə gedəndə də ağrısı yox idi.

 

"İnformator.az" "Teleqraf"a istinadla xəbər verir ki, bu fikirləri sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimində jurnalistlərə deyib.

 

"Xəstəxanaya müayinə üçün getmişdi, amma xəstəxanaya da çata bilmədi, dünyasını dəyişdi. Heç nə arzulamıram. Bircə deyirəm – heyif… çox heyif ondan”, - deyə o bildirib.

 

Qeyd edək ki, Fəzail Ağamalı dünən Ankarada vəfat edib. O uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər