00:00:00
Yazar
Admin User
28.02.2015 11:01 447 1 dəq oxuma
Siyasət

Müdafiə naziri hərbi hissə komandirləri və qərargah rəislərini cəbhə bölgəsinə toplayıb

Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib.
Müdafiə naziri hərbi hissə komandirləri və qərargah rəislərini cəbhə bölgəsinə toplayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və nazirliyin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib. Toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər